Zəhmət olmasa, Gözləyin

XİDMƏTLƏR

XİDMƏTLƏR

Abonement
Kitabxanalararası abonement (KAA)
Beynəlxalq kitabxanalararası abonement (BKAA)
Elektron oxu zalı
İnternet kitabxana
Əməkdaşlıq

Kitabxana Amerika, Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələrinin, Türkiyə, İran və digər ölkələrin universitetləri, kitabxana və informasiya təşkilatları, cəmiyyətləri və assosiasiyaları, nəşriyyatları, ayrı-ayrı elm və mədəniyyət xadimləri ilə əlaqələr yaradaraq ədəbiyyat və informasiya mübadiləsi aparır. Həmçinin Bakıda fəaliyyət göstərən xarici ölkə səfirlikləri – Amerika, Fransa, İtaliya, Almaniya, Norveç, Türk, İran, Misir və başqaları ilə əlaqələr yaratmışdır. MDU-nun Elmi Kitabxanası işgüzar münasibətlərini möhkəmləndirmək üçün müxtəlif tədbirlər həyata keçirir. Belə ki, MDU-nun Elmi Kitabxanası ABŞ-ın Perdu Kalument Universiteti, Fransanın Strasburq Mark Blok Universiteti, Misirin İsgəndəriyyə Universiteti, Pakistan İslam Respublikasının İslamabad Müasir Dillər Universiteti, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi, Novosibirsk Dövlət Universiteti, Novosibirsk Texniki Universiteti, Ankara, İstanbul, Qars Qafqaz, Misir Ərəb Respublikasının ali məktəbləri ilə işgüzar əlaqələr yaratmışdır.