KİTABXANADAN İSTİFADƏ QAYDALARI
- 
                Kitabxanaya yazılarkən oxucular aşağıdakı sənədləri təqdim etməlidirlər: - Şəxsiyyəti təsdiq edən sənəd
- Tələbə bileti
 
- 
                Oxuculara xidmət: - 
                    Kitabxanadan MDU-nun bütün işçiləri istifadə edə bilər. Buradan eyni vaxtda: - Akademik və müxbir üzvlərə - 10 nüsxə
- Elmi işçilərə - 5 nüsxə
- Tələbələrə - 3 nüsxədən artıq ədəbiyyat verilmir
 
- Digər ali məktəblərin tələbə və müəllimləri kitabxananın yalnız oxu zalından və elektron oxu zalından istifadə edə bilərlər.
- 
                    Fərdi abonementlə verilmir: - məlumat xarakterli nəşrlər (lüğət,ensiklopediya və s.)
- nadir kitablar, qiymətli nəşrlər
- avtoreferat və dissertasiyalar
- dövri mətbuat
 
 
- 
                    
- Oxu zallarının və elektron oxu zalının xidmətindən bütün oxucular istifadə edə bilərlər.
- Yüksək elmi dərəcəli oxuculara lazım olan ədəbiyyat DU-nun Elmi Kitabxanasında olmazsa, respublikanın başqa kitabxanalarından KAA (Kitabxanalararası abonement) vasitəsilə sifariş edilə bilər.
- Kitabxanaya borcu olan və oxucu biletini təqdim etməyən oxuculara xidmət göstərilmir.
