Zəhmət olmasa, Gözləyin

Haqqımızda

ÜMUMİ MƏLUMAT

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 29 dekabr 1998-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Kitabxana işi” haqqında Qanundan, eləcə də ölkədə kitabxanaların fəaliyyətinin yaxşılaşdırılmasına, maddi-texniki bazasının möhkəmləndirməsinə, müasir informasiya texnologiyaları ilə təchizatına imkan verən tədbirlərin həyata keçirilməsinə yönəlmiş Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” və “Azərbaycan kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı Dövlət Proqramı”ndan irəli gələn tələblər universitet rəhbərliyinin daimi diqqət mərkəzində saxlanılır. Universitetin professor-müəllim heyətinin, magistrantlarının və tələbələrinin informasiya təlabatını ödəmək məqsədilə bu sahədə görülən işlər 2023-cü ildə də davam etdirilmişdir. Hazırda MDU kitabxanası müasir kitabxanaların tələblərinə cavab verən mədəni, ünsiyyət və informasiya-məlumat vermə, müxtəlif tədbirlərin və sərgilərin keçirilməsi mərkəzinə çevrilmişdir. Kitabxana yüksək ixtisaslı mütəxəssis hazırlanması səviyyəsinin yüksəldilməsinə, ali təhsil müəssisəsinin elminin inkişaf etdirilməsi, elmi pedaqoji və elmi kadrların keyfiyyət tərkibinin yaxşılaşdırılması ilə əlaqədar olan vəzifələrin həyata keçirilməsi üçün məlumat bazasıdır. Bu gün kitabxana yalnız kitablar və dövri mətbuat materialları ilə deyil, elektron daşıyıcılar audio və video materiallar, tam mətnli elektron resurslarla zənginləşir. Belə ki, kitabxana məlumat-biblioqrafiq işin forma və metodları ilə tədris prosesinin təşkilinə köməklik edərək öz işini müasir tələblərə uyğun qurmuşdur. 2023-cü ildə universitetə yeni qəbul olunmuş tələbələrə kitabxana və kitabxanada olan elektron ədəbiyyatlar haqqında kitabxanaşünaslıq və kitabxanadan istifadə olunma qaydaları barədə geniş məlumatlar verilmişdir. Kitabxananın kitab işləmə şöbəsində il ərzində alınan kitablar operativ işlənib fondda rəflərə düzülmüşdür. Kitab fondu il ərzində yoxlanılmış, tələb olunan dərslik və dərs vəsaitləri, metodik vasitələrlə, konftans materialları jurnallar, tezislər, elektron resurslar və s. ilə təmin olunaraq daha da zənginləşdirilmişdir. “Kitabxana işi” haqqında Qanunun tələblərinə əsasən universitetin kitabxanasının sənədləşməsi yenidən aparılmış və daima nəzarətdə saxlanılmışdır. Yeni nəşr olunan kitablar kitabxanaya daxil olduqda onların siyahısı tərtib edilərək, oxucuların diqqətinə çatdırılmışdır. MDU-nun kitabxana fondunda olan kitablar sistemli şəkildə düzülmüşdür. Kitabxananın güzgüsü sayılan kataloqlar həm də komputerə yerləşdirilir. Hazırda kitabxananın 3806 nəfər oxucu üzvü var ki, onlardan 3469 nəfəri tələbə və magistrantlar, 337 nəfəri isə professor-müəllim heyəti və inzibati işçilərdir. Kitabxananın fondunda 27527 nüsxə ədəbiyyat, o cümlədən təbiət elmləri üzrə 373, texniki elmlər üzrə 9825, ictimai elmlər üzrə 5226, incəsənət və idman üzrə 582, dilçilik, ədəbiyyatşünaslıq və bədii ədəbiyyat üzrə 11521 nüsxə var. Fondda olan kitablardan 21185-u Azərbaycan, 5903-ü rus, 439-u ingilis dilində olan kitablardır. Kitabxana fondunun 21099 nüsxəsi yalnız dərslik, dərs vəsaiti və s.dən ibarətdir. Kitabxananın profilinə uyğun olaraq fondda dərsliklər və dərs vəsaitləri yer tutur.Kitabxananın ümumi sahəsi 326,25 m.-dir. Kitabxanada biri 80, digəri 60 nəfərlik olmaqla 2 oxu zalı fəaliyyət göstərir. Kitabxanada yeni informasiya əldə etmək üçün internetə çıxışı olan 8 ədəd kompüter müəllim və tələbələrin ixtiyarındadır. Kitabxana öz universitetinin profilinə uyğun komplektləşdirir, professor-müəllim heyətini elmi iş, dərslik,dərs vəsaiti, proqram, metodik vəsait və digər çap məhsulları ilə təmin edir, praktik konfrans materiallarını, habelə daxil olan digər çap məhsullarını mühafizə edir.