Zəhmət olmasa, Gözləyin

Oxucu sayı

3806

Oxu zalı

2

Kompüter sayı

8

ÜMUMİ MƏLUMAT

Mingəçevir Dövlət Universiteti (MDU) Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli 1335 nömrəli Sərəncamı ilə yaradılıb. Əsası 1991-ci ildə qoyulmuş Universitet müxtəlif vaxtlarda Azərbaycan Sənaye Universitetinin Mingəçevir filialı, Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adı ilə fəaliyyət göstərib. 2021/2022-ci tədris ilində Universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakültənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 3000-dən artıq tələbə və magistrant təhsil alıb. 8 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib. 300-dən çox əməkdaşı olan MDU-da 195 professor-müəllim heyəti çalışır ki, onlardan 5 nəfərin elmlər doktoru, 57 nəfərin isə fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfərin professor və 43 nəfərin isə dosent elmi adı var. Bundan əlavə, hazırda Universitetdə Türkiyənin Qazi Universitetindən 2 professor fəaliyyət göstərir. Müasir tədris texnologiyalarının, innovativ təlim metodlarının və çevik universitet idarəetmə mexanizmlərinin tətbiqi MDU-nun milli ali təhsilimizin ümumi xəritəsindəki mövqeyinin gücləndirilməsini, onun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkişafına daha çox töhfələr verməsini hədəfləyir.

ELEKTRON KİTABXANA